EUR USD RUB

Yeniliklər

Tacikistanda “Viber” messenceri qismən bloklandı

  • 405 dəfə
  • Tarix 05 Yanvar 2018 / 13:16

Tacikistanda ölkənin ən populyar “Viber” messenceri qismən bloklanıb. 

İKT.lent.az-ın “Sputnik Tacikistan” agentliyinə istinadən məlumatına görə, bir çox “Facebook” istifadəçiləri yazırlar ki, hazırda, demək olar, bütün rabitə operatorları və provayderlərin istifadəçilərinin audio və video zənglər etməsi mümkün deyil. 

Bu məlumatı bir çox rabitə operatorları təsdiqləyiblər. Artıq audio və video zəngləri ancaq “anonimayzer” vasitəsilə etmək mümkündür. 

Provayder şirkətlərindən biri "RİA Novosti" agentliyinə bildirib ki, “Viber”in qismən bloklanması “Tociktelekom” milli operator tərəfindən həyata keçirilib. Bu şirkət bütün operatorların istifadə etdiyi magistral internetə malikdir.  

SİZİN REKLAM BURADA