EUR USD RUB

Redaktorun seçimi

“Apple”dan etiraf: Bütün “iPhone”larda problem var!

  • 782 dəfə
  • Tarix 05 Yanvar 2018 / 14:21

“Apple” korporasiyası özünün bütün “iPhone” və “iMac” modellərində kritik zəiflik olduğunu etiraf edib.

 

İKT.lent.az-ın xəbərinə görə, korporasiya bu barədə bəyanatla çıxış edib.  

 

Mütəxəssislər “İntel”, ARM və AMD prosessorlarında defektlər aşkarlayıb. Bu defektlərin sayəsində hakerlər cihazın yaddaşına daxil ola bilər. “Mac OS və iOS əməliyyat sistemləri ilə çalışan bütün cihazlarda boşluqlar var. Lakin hazırda bu boşluqlardan istifadə etmək üsulları məlum deyil”, - deyə açıqlamada bildirilir.

 

Bu açıqlamaya baxmayaraq, hakerlərin zərərli proqram təminatı yükləyərək həmin cihazlara daxil ola biləcəkləri xəbər verilir. İstifadəçilər yalnız yoxlanılmış mənbələrdən fayllar yükləyərək özlərini sığortalaya bilər. 

SİZİN REKLAM BURADA