EUR USD RUB

Mobil

Tayvanda smartfon satışları kəskin azaldı

  • 539 dəfə
  • Tarix 05 Yanvar 2018 / 15:15

2017-ci ildə Tayvanda 7,5 milyon ədəd smartfon satışı həyata keçirilib ki, bu da bir il əvvəlki nəticədən 1 milyon ədəd azdır.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, bu, statistika aparılan bütün dövr ərzində yerli bazarda ən böyük azalmadır. 

Bununla belə, smartfonların satışındakı dövriyyə bir il əvvəl olduğu kimi, təxminən eyni səviyyədə qalıb. Bu, orta və yüksək qiymət diapazonunda olan smartfon modellərinin populyarlığı ilə izah edilir.

"2018-ci ildə isə satışlar təxminən elə bu səviyyəni qorumalıdır", - deyə “Samsung Taiwan” şirkətinin rəhbəri Rendi Li (Randy Lee) qiymətləndirib. Bununla belə, 300 dollardan 600 dollara qədər olan qiymət diapazonunda olan smartfonların populyarlığının artması, həmçinin premium modellərin satışlarının azalması gözlənilir.

SİZİN REKLAM BURADA