EUR USD RUB

Proqramlar

“Twitter”də zəif görənlər üçün yeni funksiya yaradıldı

  • 544 dəfə
  • Tarix 08 Yanvar 2018 / 12:02

“Twitter” mikrobloqlar sosial şəbəkəsində yeni funksiya yaradılıb. 

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, artıq zəif görmə qabiliyyətinə malik insanlar dərc olunan şəkil barəsində bütün məlumatları əldə edə biləcəklər. Əlavə masaüstü kompüterlərdə də, smartfonlarda da işləyəcək. 

Tərtibatçılar bildiriblər ki, bu funksiya çox sadə aktiv edilir. Bunun üçün yalnız seçimlərə daxil olmaq və “xüsusi imkanlar” kateqoriyasında bir “quş” işarəsi qoymaq lazımdır. Veb-versiyada və mobil əlavədə bu seçimin aktivləşdirilməsi eyni cür baş tutur. 

Bundan başqa, artıq “Twitter” istifadəçiləri şəkillərin tərtibatını redaktə edə biləcəklər. Funksiya aktiv edildikdən sonra hər kadrın alt hissəsində lazım olan mətni yaza bilmək imkanı üçün bir sətir çıxacaq. 

SİZİN REKLAM BURADA