EUR 2.0859 USD 1.7001 RUB 0.0302

Yeniliklər

Analitiklər: Bu il “Apple”ın dəyəri 1 trilyon dollara çatacaq

  • 206 dəfə
  • Tarix 08 Yanvar 2018 / 13:18

Bu il “Apple” korporasiyasının bazar dəyəri 1 trilyon dollara çatacaq. 

İKT.lent.az-ın "actualnews.org" saytına istinadən məlumatına görə, bununla da şirkət dünya rekorduna nail olacaq.

 

Hazırda “Apple”ın bir ədəd səhminin qiyməti 175 dollar təşkil edir, şirkətin ümumi dəyəri isə 898,5 milyon dollara bərabərdir.

 

Maraqlıdır ki, bir çox mütəxəssislər əmin idilər ki, şirkətin ötən il bazara çıxardığı smartfonlar brendə 1 trilyon dollar kapitallaşmaya nail olmaq imkanı verəcək. Ancaq bu, baş vermədi.


Bu il “Apple” heyranları korporasiyadan yeniliklər gözləyirlər. Bunların arasında yenilənmiş naqilsiz qulaqcıqlar və enerji doldurmaq üçün cihazlar da mövcuddur.

SİZİN REKLAM BURADA