EUR 2.0859 USD 1.7001 RUB 0.0302

Yeniliklər

2018-ci ilin texnoloji trendləri - TOP-7

  • 319 dəfə
  • Tarix 08 Yanvar 2018 / 14:15

Mütəxəssislər yenicə başlamış 2018-ci ildə daha populyar olacaq maraqlı tərtibatların təxmini siyahısını tərtib ediblər.

İKT.lent.az-ın Rusargument.ru saytına istinadən məlumatına görə, birinci yerdə “Bitcoin” və ümumilikdə kriptovalyutalar durur. Analitiklərin fikrincə, 2018-ci ildə bir çox dövlətlər elektron valyutanın dövriyyəsini leqallaşdıracaq. 

İkinci yerdə gündəlik olaraq sürətlə inkişaf edən süni intellekt dayanıb. Üçüncü yerdə saxta və yalan xəbərlər qərarlaşıb. Mütəxəssislər hesab edirlər ki, yaxın zamanlarda insanlar əsl xəbəri saxta və yalan xəbərdən ayırd edə bilməyəcəklər. 

Qalan yerləri mütəxəssislər “ağıllı ev”lər formasında olan yüksək məişət texnologiyaları və bütün planet üzərində 5G şəbəkəsinin yayılması arasında bölüblər.

SİZİN REKLAM BURADA