EUR 2.0859 USD 1.7001 RUB 0.0302

Yeniliklər

2018-ci ildə “Apple”in yenilikləri bunlar olacaq

  • 379 dəfə
  • Tarix 08 Yanvar 2018 / 16:14

ABŞ-ın “Apple” texnoloji korporasiyasının nümayəndələri 2018-ci ildə bazara çıxması gözlənilən yeni cihazlarını açıqlayıb. 

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, 2018-ci ildə “Apple” korporasiyasının bütün heyranları “Homepod” “ağıllı” səsgücləndiricisinin satışa çıxmasını gözləməli olacaqlar. Bu “ağıllı” səsgücləndirici bazarda yeni seqmenti tuta biləcək unikal və yeganə tərtibat olacaq. 
 
Bundan başqa, yaxın zamanlarda “Apple” “AirPower” adlanan və mobil cihazların naqilsiz enerji ilə doldurulması üçün nəzərdə tutulan xalçasını da satışa çıxarılacağını elan edib.

 

Ən əsası isə bu ilin sentyabr ayında daha üç yeni smartfonun təqdimatı gözlənilir. Bu smartfonların hər biri daha əvvəlki flaqmanlardan ciddi şəkildə fərqlənəcək, həmçinin də “Face İD” innovativ sifət skanerinə malik olacaqlar.

SİZİN REKLAM BURADA