EUR 2.0859 USD 1.7001 RUB 0.0302

Mobil

“Apple” uşaqlarda smartfon asılılığı ilə mübarizəyə çağırıldı

  • 256 dəfə
  • Tarix 08 Yanvar 2018 / 18:09

“Apple”ın iki investoru - “Jana Partners” və “Teachers' Retirement System” şirkətləri korporasiyanı uşaqların smartfon asılılığına qarşı mübarizə üsulu tapmağa çağırıb.

 

İKT.lent.az-ın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətlərin “Apple” rəhbərliyinə ünvanladığı açıq məktubda deyilir.

 

Sərmayədarlar uşaqların inkişafı üzrə mütəxəssislərdən ibarət xüsusi Şura yaradılmasını da məqsədəuyğun sayırlar. Onlar “Apple”ı tədqiqatçılara lazımi informasiyaları təqdim etməyə çağırıblar.   

 

Daha bir təşəbbüs valideynlərin uşaqlara daha yaxşı nəzarət edə bilməsi məqsədilə “iPhone”lara valideynlər üçün əlavə opsiyaların daxil edilməsidir.

 

Hələlik “Apple”ın bu çağırışa reaksiyası məlum deyil.

SİZİN REKLAM BURADA