EUR 2.0859 USD 1.7001 RUB 0.0302

Redaktorun seçimi

Fransada “Apple” barəsində təhqiqat başladı

  • 188 dəfə
  • Tarix 09 Yanvar 2018 / 10:49

Paris Prokurorluğu ABŞ-ın “Apple” korporasiyası haqqında ilkin təhqiqata başlayıb.

 

İKT.lent.az-ın “Europe 1” radiosuna istinadən verdiyi xəbərə görə, təhqiqat şirkətin köhnə “iPhone” modellərinin işini yavaşlatması ilə bağlıdır.

 

“Halte a l'obsolescence programmee” (HOP) adlı yerli assosiasiya ötən il dekabrın 27-də bununla əlaqədar prokurorluğa şikayət edib. Onlar bildiriblər ki, “Apple” smartfonların məhsuldarlığını və ömrünü qəsdən azaldaraq müştəriləri yeni “iPhone”lar almağa təhrik etmək istəyir. İddiaçılar Fransada istehsalçı tərəfindən texnikanın işinin qəsdən yavaşladılmasını cinayət sayan müvafiq qanuna əsasən ABŞ şirkətinin cəzalandırılmasını tələb ediblər. (Bu norma Fransada 2017-ci ilin avqustunda qəbul olunub.)

 

Paris Prokurorluğu bu il yanvarın 5-də şikayət əsasında ilkin araşdırmaya başlayıb. İş Fransanın Rəqabət, istehlakçılar və fırıldaqçılığa qarşı nəzarət üzrə Baş Direktoratlığının Milli təhqiqat xidmətinə həvalə edilib. Təhqiqat aldatma maddəsi ilə aparılır.


Qeyd edək ki, ”Apple” noyabrın əvvəllərində “iPhoneX” flaqman smartfonunu satışa çıxarıb. Bundan bir qədər sonra istifadəçilər köhnə “iPhone”ların fəaliyyətində problem yaranmasından şikayətlənməyə başlayıblar. Məsələyə münasibət bildirən “Apple” köhnə cihazların işini qəsdən yavaşlatdığını etiraf edərək bunu onların ömrünü uzatmaq niyyəti ilə izah edib. Dekabrın 22-də ABŞ-da bir neçə nəfər bununla əlaqədar məhkəmədə iddia qaldırıb. Dekabrın 29-da şirkət açıq məktubla çıxış edərək istifadəçilərdən üzr istəyib.   

SİZİN REKLAM BURADA