EUR USD RUB

Yeniliklər

“Facebook” “Sony”nin səsyazma studiyası ilə anlaşdı

  • 281 dəfə
  • Tarix 09 Yanvar 2018 / 11:16

“Sony” korporasiyasına məxsus səsyazma studiyası - “Sony/ATV Music Publishing” şirkəti “Facebook”la lisenziya sazişi imzaladığını açıqlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, bu saziş “Facebook” və “Instagram” istifadəçilərinin “Sony/ATV Music Publishing”in kataloquna aid musiqilərin olduğu videoları maneəsiz yükləməsinə və paylaşmasına imkan verəcək. Bundan sonra “Facebook” moderatorları istifadəçilərin çəkdiyi və müəlliflik hüququ “Sony/ATV Music Publishing”ə aid olan klipləri silmək zorunda qalmayacaqlar.

 

Razılaşmanın maliyyə şərtləri və müddəti açıqlanmır. Sony/ATV Music Publishing” anlaşmanın çoxillik olduğunu bildirməklə kifayətlənib.

 

“Sony/ATV Music Publishing” şirkətinin kataloqunda 3 milyondan çox kompozisiya var və bura Bob Dilan, Teylor Svift, Ed Şiran kimi məşhurların mahnıları da daxildir.

 

Ötən ilin dekabrında “Facebook Inc.” digər səsyazma studiyası – “Universal Music Group” (UMG) ilə də analoji müqavilə bağlayıb. Bu studiya isə Rianna, Cey-Zi, Bryus Sprinqstin, Castin Buber kimi ifaçıların kompozisiyaları üzərində müəlliflik hüququna malikdir.

SİZİN REKLAM BURADA