EUR USD RUB

Redaktorun seçimi

“Google” ağdərili kişilərin hüquqlarını pozmaqda suçlandı

  • 401 dəfə
  • Tarix 09 Yanvar 2018 / 12:28

“Google”un iki keçmiş əməkdaşı – Ceyms Damor və Devid Qudman Kaliforniya ştatının Santa-Klara məhkəməsində şirkətə qarşı iddia qaldırıb.

 

İKT.lent.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, sabiq əməkdaşlar “Google”u avropoid irqinə mənsub olan və mühafizəkar siyasi baxışlara malik kişilərə qarşı dikriminasiya siyasətində ittiham ediblər. Onların iddiasına əsasən “Google” vəzifələrə qadınları və müxtəlif azlıqları cəlb etmək üçün qanunsuz kvotalar müəyyənləşdirir, mühafizəkar baxışları olan əməkdaşları, o cümlədən prezident Donald Trampı dəstəkləyənləri müdafiə etmir. “Bu cür əməkdaşlara şirkət daxilində açıq şəkildə hədə-qorxu gəlirlər və onları təqibə məruz qoyurlar”, - deyə Damor və Qudman bildirib.  

 

“Google”dan isə deyiblər ki, şirkət məhkəmədə bu ittihamlar üzrə özünü müdafiə etməyi səbirsizliklə gözləyir.

 

Ceyms Damor “Alphabet Inc.” (“Google”un sahibi) korporasiyasından ötən il xaric olunub. O, qadınların bioloji fərqlər səbəbi ilə texnoloji sahədə daha az bacarıqlara sahib olduğu haqda hesabat hazırlamışdı. Maraqlıdır ki, “Google” daha öncə qadınlara qarşı da diskriminasiyada ittiham edilib. ABŞ Əmək Departamenti hazırda “Google”da qadınlara daha az əməkhaqqı verilməsi məsələsini araşdırır.  

SİZİN REKLAM BURADA