EUR 2.0859 USD 1.7001 RUB 0.0302

Yeniliklər

Rusiya Müdafiə Nazirliyi yerli əməliyyat sisteminə keçir - ƏLVİDA, "WINDOWS"!

  • 481 dəfə
  • Tarix 09 Yanvar 2018 / 17:11

Rusiya Müdafiə Nazirliyinin xidməti kompüterləri Rusiyanın “RusBİTex” şirkətinin tərtibatı olan “Astra Linux Special Edition” əməliyyat sistemində işləyəcəklər. 

 

İKT.lent.az-ın “İzvestiya” qəzetinə istinadən məlumatına görə, işçi stansiyalarının “Windows” əməliyyat sistemindən yerli əməliyyat sisteminə keçidi təhlükəsizlik məqsədilə həyata keçirilir.

 

“RusBİTex” şirkətinin direktor müavini Dmitri Donskoy qeyd edib ki, “Astra Linux Special Edition”un əsas özəlliyi məlumatların unikal müdafiə sistemidir. O bildirib ki, artıq əməliyyat sistemi üçün qrafik interfeys tərtib edilib, proqram təminatı Rusiya istehsalı olan müasir kompüterlərlə tam olaraq əlaqəlidir: “Bu əməliyyat sistemi yüksək texnoloji yerli “Elbrus” prosessorları ilə işləyir”.

 
Bildirilir ki, bu dəyişikliklərdən sonra Müdafiə Nazirliyinin kompüterlərində yerli proqram təminatının yüklənməsi planlaşdırılıb. Həmçinin xidməti smartfonlar və planşetlərə də yerli Rusiya istehsalı olan proqram təminatı yüklənəcək.

 
Xatırladaq ki, “Astra Linux” əməliyyat sistemi uzun illərdir Rusiyanın Müdafiə Nazirliyi tərəfindən istifadə edilir. “Astra Linux”da Müdafiənin İdarə edilməsi Rusiya Milli Mərkəzi məlumat sistemi yerləşir. Adıçəkilən sistem hazırda istifadə edilən silahlanma və hərbi texnikada da istifadə edilir. 

SİZİN REKLAM BURADA