EUR 2.0859 USD 1.7001 RUB 0.0302

Yeniliklər

349 dollara “ağıllı” tuman yaradılacaq - BU DA OLDU...

  • 1098 dəfə
  • Tarix 10 Yanvar 2018 / 14:47

ABŞ-ın “Myant” şirkəti “Skiin” adlanan “ağıllı” tuman kolleksiyası üçün sifarişlərə başlayıb.

İKT.lent.az-ın “Mashable” nəşrinə istinadən məlumatına görə, şirkətdə qeyd edirlər ki, bu tərtibat orqanizmdə baş verən bütün proseslərə nəzarət etməyə imkan verəcək. Həmçinin bioloji ritmə müvafiq olaraq fəallıq qrafikini tərtib etməyə köməklik göstərəcək. 

“Skiin” tumanı ürək döyüntüsünü, temperaturu, təzyiqi, fiziki aktivliyi, tərləmənin müəyyən edilməsini izləməyə imkan verən sensorlara malikdir ki, ona da telefondakı əlavə ilə nəzarət etmək olacaq. 

Həmçinin smart alt paltarı “ağıllı ev”ə də nəzarət etməyə imkan verir. Məsələn, orqanizmin fiziki yüklənməsinə uyğun olaraq ətrafdakı temperaturu avtomatik olaraq uyğunlaşdıracaq və ya bioritmlərdən çıxış edərək musiqi pleylistini tərtib etməyə imkan verəcək. 

“Ağıllı” kişi və qadın tumanlarının qiyməti 279-349 dollar arasında dəyişəcək. 

SİZİN REKLAM BURADA