EUR 2.0859 USD 1.7001 RUB 0.0302

Yeniliklər

“Facebook” videoçatlar üçün video kamera yaradacaq

  • 200 dəfə
  • Tarix 11 Yanvar 2018 / 12:11

“Facebook” videoçatla ünsiyyət qurmaq üçün videokamera istehsal edəcək. 

İKT.lent.az-ın “Engadget” nəşrinə istinadən məlumatına görə, “Portal” adlanan cihaz may ayında satışa çıxarılacaq. 

Cihaz barəsində məlumat verən şirkət mənbələri bildiriblər ki, kamera mikrofon və dinamiklərə malik olacaq. “Portal”ın  köməyi ilə dostlarla video görüntülü zəngləşmək mümkün olacaq. Həmçinin cihaz istifadəçinin səsli əmr və göstərişlərini də anlayacaq. 

“Portal” “Netflix” və “Spotify” xidmətləri ilə inteqrasiya ediləcək. Yəni onun vasitəsilə filmlər izləmək və musiqi dinləmək mümkün olacaq. 

“Facebook” bu şayiəyə şərh verməkdən imtina edib. Ancaq insayderlər əlavə ediblər ki, “Portal” bu ilin may ayında satışa çıxarılacaq. Onun qiyməti isə 499 dollar təşkil edəcək.

SİZİN REKLAM BURADA