EUR 2.0859 USD 1.7001 RUB 0.0302

Mobil

“Apple” uşaqların smartfon asılılığından xilasına çalışacaq

  • 273 dəfə
  • Tarix 11 Yanvar 2018 / 12:45

“Apple” uşaqların smartfon asılılığından xilas edilməsi barədə investorların çağırışına cavab verib.

 

İKT.lent.az-ın xəbərinə görə, korporasiya bu mənfi halla mübarizə aparacağını vəd edib.

 

“”Apple” həmişə uşaqlara qayğı göstərib. Biz uşaqları əyləndirən, ruhlandıran və inkişaf etdirən məhsul üzərində çox işləyirik. Bununla yanaşı, biz valideynlərin online rejimdə uşaqları qoruya bilməsi üçün onlara kömək edirik. Biz məhsullarımızın istehlakçılara təsirləri barədə düşünürük və öz üzərimizə məsuliyyət götürürük”, - deyə “Apple”ın rəsmi nümayəndəsi bildirib.  

 

Xatırladaq ki, “Apple”ın iki investoru - “Jana Partners” və “Teachers' Retirement System” şirkətləri korporasiyanı uşaqların smartfon asılılığına qarşı mübarizə üsulu tapmağa çağırıb. Bu şirkətlər “Apple”ın 2 milyard dollarlıq səhmlərinin sahibidir.

SİZİN REKLAM BURADA