EUR 2.0859 USD 1.7001 RUB 0.0302

Mobil

“iPhone X” sahiblərindən qəribə şikayət: Smartfon saçları yolur

  • 496 dəfə
  • Tarix 11 Yanvar 2018 / 13:27

Yeni “iPhone X” istifadəçiləri smartfonların onlara yaratdıqları yeni narahatlıqlara diqqət yetiriblər. 

İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, bu dəfə insanlar ondan şikayətləniblər ki, telefonla saqqal və ya saçların tükləri cihazın çərçivəsi ilə displeyi arasındakı kiçik dəliklərdə ilişib qalırlar.

“iPhone X” sahiblərindən biri bildirib ki, bu olduqca ağrıdıcıdır. O, hətta telefon üçün xüsusi çexol da alıb ki, bu xoşagəlməz hislərdən yayınsın. 

Qeyd etmək lazımdır ki, “Apple” məhsullarında buna bənzər problem bundan əvvəl də baş verib. Söhbət yeni korpuslu “iPhone 6” smartfonlarından gedir. 

SİZİN REKLAM BURADA