EUR USD RUB

Redaktorun seçimi

“Telegram” Rusiya messenceri deyil - DUROV

  • 510 dəfə
  • Tarix 11 Yanvar 2018 / 14:36

“VKontakte” sosial şəbəkəsinin və “Telegram” messencerinin yaradıcısı Pavel Durov “Telegram”ın ölkə mənsubiyyəti məsələsinə aydınlıq gətirib.

 

İKT.lent.az-ın xəbərinə görə, P. Durov “Telegram”ın Rusiya messenceri adlandırılmasına qarşı çıxıb.

 

“Anlaya bilmirəm ki, bəzi KİV niyə “Telegram”ı Rusiya messenceri adlandırır. Bu layihə üzərində işləyən komandanın Rusiyada serveri, proqramçıları, bank hesabları və ya ofisləri yoxdur”, - deyə P. Durov “Twitter”də yazıb.

 

Qeyd edək ki, P. Durov Dubayda ofis açıb.

SİZİN REKLAM BURADA