EUR USD RUB

Yeniliklər

ABŞ-da keçirilən nəhəng elektronika sərgisi iki saat işıqsız qaldı

  • 455 dəfə
  • Tarix 11 Yanvar 2018 / 16:14

ABŞ-ın Las-Veqas şəhərində keçirilən CES beynəlxalq elektronika sərgisi iki saat ərzində işıqsız qalıb. 

İKT.lent.az-ın “TechCrunch” nəşrinə istinadən məlumatına görə, istehlak elektronikası, robotexnika və mobil texnologiyanın nümayiş edildiyi bu nəhəng forumun işində nasazlığın yaranmasına səbəb leysan yağışlar olub. 

Qeyri-hava şəraiti transformatorlardan birini sıradan çıxarıb və şirkətin stendləri zülmətə qərq olub. Qəza generatorları hesabına təşkilatçılar Wi-Fi-nin işini dəstəkləyə biliblər. Ancaq bununla belə, elektrik enerjisi olmadan CES iştirakçıları hər hansı nailiyyətlərini nümayiş etdirə bilməyiblər. 

Yaranmış bu vəziyyətə bloggerlər gülüblər. Onlar ən yüksək texnoloji yeniliklərin nümunələrinə fənər və batareyalarla baxmağı məsləhət görüblər. 

Qeyd edək ki, bundan əvvəl Las-Veqasda keçirilən sərginin ziyarətçilərinə “R2DoubleD” və “TripleCPU” striptiz göstərən robotlar təqdim edilib. Bu “rəqqasları” 2012-ci ildə britaniyalı rəssam Cayl Uoker yaradıb.

SİZİN REKLAM BURADA