EUR 2.0859 USD 1.7001 RUB 0.0302

Yeniliklər

Cəmi 5 saniyəyə doldurula bilən akkumulyator yaradıldı

  • 1005 dəfə
  • Tarix 11 Yanvar 2018 / 17:24

Çinli alimlər tam olaraq dolması üçün cəmi 5 saniyə lazım olan akkumulyator yaradıb. 

İKT.lent.az-ın “İnforeaktor” nəşrinə istinadən məlumatına görə, onlar qeyd ediblər ki, bu innovasiya adi katod konstruksiyasından fərqlənir ki, o da alüminium-ion akkumulyatorun istifadə müddətini artırır.

 

Belə akkumulyatorun doldurulması üçün cəmi 5 saniyə lazım olur. Alimlər iddia edirlər ki, tərtibat 250 min sikl dolub boşalmağa, həmçinin 120 dərəcəyə qədər temperatura dözə bilir. Yaradıcıları əsas diqqəti ona yetiriblər ki, alüminium-ion akkumulyatorun istehsalının qiyməti böyük deyil. Bundan başqa, onların istifadəsi zamanı alışıb yanma riskləri mövcud deyil. 

SİZİN REKLAM BURADA