EUR USD RUB

Redaktorun seçimi

Pentaqon irimiqyaslı kiberhücum gözləyir - "ÖLÜM TERABAYTI"

  • 488 dəfə
  • Tarix 12 Yanvar 2018 / 13:50

“Hakerlər yeni hücum metodları kəşf edərək ABŞ hərbi infrastrukturlarına hücumlarını artırıblar”.

 

İKT.lent.az-ın xəbərinə görə, bunu Pentaqonun Müdafiə-informasiya sistemləri idarəsinin rəhbəri, general-leytenant Alan Linn deyib. O bildirib ki, rəhbərlik etdiyi idarə Pentaqonun şəbəkələrinin kibermüdafiəsini təmin edir, lakin hücumlar müntəzəm olaraq dəfələrlə artır: “Bir neçə il əvvəl hücumlar zamanı trafik 1-2 giqabayt səviyyəsində idi. İndi isə biz 600 giqabayt miqyasında hücumları dəf etməli oluruq. Bundan başqa, hakerlər bizim əvvəl heç ağlımıza gəlməyən yeni hücum metodları kəşf edirlər”.

 

General “ölüm terabaytı” adlandırdığı böyük bir təhlükənin yaxınlaşdığını vurğulayıb: “Biz buna hazırıq, çünki həmin təhlükənin gələcəyini bilirik. Bu, yalnız zaman məsələsidir”.


A. Linn qeyd edib ki, kiberhücumların artması ilə paralel onun idarəsinin müdafiə etməli olduğu informasiya infrastrukturu da genişlənir. Hazırda bu infrastruktura 3,2 milyon istifadəçi daxildir. “Onların hamısının müdafiəyə və texniki dəstəyə ehtiyacı var. Hər dəqiqə, hər saniyə nələrsə baş verir, işdən ayrıla bilmirsən. Biz əla iş aparırıq, lakin qarşılaşdığımız hücumların səviyyəsi bizi heyrətləndirdi. Mən hələ də təəccüblənməyə davam edirəm ki, hücumlar necə ağır idi”, - deyə Pentaqonun zabiti söyləyib.  

 

Qeyd edək ki, Vaşinqton dəfələrlə Rusiya, İran və Şimali Koreya hakerlərini ABŞ-ın infrastrukturuna hücumlarda ittiham edib.

SİZİN REKLAM BURADA