EUR USD RUB

Yeniliklər

“General Motors”un elektromobili - RULSUZ və PEDALSIZ - VİDEO

  • 766 dəfə
  • Tarix 12 Yanvar 2018 / 14:53

ABŞ-ın məşhur “General Motors” konserni özünün “Cruise AV” elektrik avtomobilini təqdim edib.

 

İKT.lent.az-ın “The Verge” portalına istinadən verdiyi xəbərə görə, elektromobilin əsas özəlliyi onun rulsuz və pedalsız olmasıdır. Maşın 5 nəfərlikdir və 4-cü səviyyəli avtopilot tərəfindən idarə olunur, sürücünün diqqətli olmasına ehtiyac qalmır.

 

Layihə GM tərəfindən 18 ay ərzində “Cruise Automation” şirkəti il birlikdə icra edilib. Elektromobil LİDAR (işığın udulması və yayılması vasitəsilə uzaq obyektlər haqqında məlumat toplamaq) sistemi və yüksək dəqiqlikli kamera ilə təchiz edilib.

 

“Cruise AV”nin ilk sınaqları 2017-ci ilin oktyabrında San-Fransiskoda keçirilib. Yollarda eyni anda 50 elektrokar test edilib. Nyu York və Feniks şəhərlərində də yürüşlər olub.

 

Yeni elektromobilin qiyməti açıqlanmır. Seriya buraxılışı 2019-cu ildə başlanacaq.

SİZİN REKLAM BURADA