EUR 2.0859 USD 1.7001 RUB 0.0302

Mobil

Rusiyada smartfon satışında yeni rekord

  • 363 dəfə
  • Tarix 12 Yanvar 2018 / 17:12

Rusiyada smartfon satışında yeni rekord qeydə alınıb. 

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, mütəxəssislər cihaz satışlarındakı sıçrayışı onunla izah edir ki, vətəndaşların cihazları kredit götürmək və ya sonradan ödəməklə əldə etmək imkanları yaranıb. 

Ötən il rusiyalılar 28,6 milyon ədəd smartfon əldə ediblər ki, bu da ötən ilki göstəricini 5 faiz üstələyir. Bu nəticə satışlar üzrə tarixi rekordu üstələyib ki, son belə rekord 2014-cü ildə qeydə alınıb. O zaman Rusiya ərazisində olan bütün ticarət nöqtələri 27,6 milyon ədəd smartfon satışını həyata keçiriblər. 

Hazırda smartfonun alışına təsir edən bir çox loyallıq proqramları mövcuddur. Belə ki, hazırda köhnə telefonu yenisi ilə əvəzləmək, kredit götürmək və ya heçbekdən istifadə edərək vəsaitləri geri qaytarmaq mümkündür. 

Mütəxəssislər bu tendensiyanı onunla izah edirlər ki, məhz 2017-ci ildə 2014-cü ildə əldə edilmiş smartfonları dəyişmək zamanı çatıb. 

SİZİN REKLAM BURADA