EUR USD RUB

İT icmal

“Odnokassniki” istifadəçilərinin sayı 330 milyonu keçdi

  • 858 dəfə
  • Tarix 13 Yanvar 2018 / 10:29

2017-ci ilin dekabrında “Odnoklassniki” sosial şəbəkəsinin bütün dünya auditoriyası 13 faiz artıb.

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, resursa daxil olma 330 milyon istifadəçini keçib. Bu barədə jurnalistlərə sosial şəbəkənin administrasiyanın nümayəndələri bildiriblər.

Mobil istifadəçilərin unikal ziyarətçi sayına gəldikdə, bu rəqəm 33 milyona çatıb. Bu göstərici 17 faiz artıb. Rusiya ərazisində “Odnoklassniki”nin mobil istifadəçilərinin sayı 11 faiz artıb. 

Resursun auditoriyasının inkişaf dinamikasının əsas trendi cəlbediciliyin artmasıdır. “Odnoklassniki” istifadəçiləri kontentlə və sosial şəbəkənin brendləri ilə daha tez-tez əlaqəli olublar. Təbii ki, müəlliflərin və dərclərin sayı kəskin şəkildə artıb. 

Bu il resurs özünün şəxsi şou və seriallarının nümayişinə başlamağı planlaşdırır. Həmçinin biznesin müxtəlif növlərini inkişaf etdirmək üçün yeni xidmət və alətləri təklif etməyi düşünür.

SİZİN REKLAM BURADA