EUR USD RUB

Yeniliklər

Nyu-York polisinə 40 min “iPhone 7” paylandı

  • 777 dəfə
  • Tarix 06 Fevral 2018 / 16:29

Nyu-York polis departamenti öz əməkdaşlarına yeni “iPhone 7” və “iPhone 7 Plus” smartfonları paylamağa başlayıb. 

İKT.lent.az-ın “New York Daily News” nəşrinə istinadən məlumatına görə, bu smartfonların köməyi ilə polislər küçələri patrul edəcək və cinayətkarları axtaracaq. 

Artıq smartfonları Cənubi Manhetten Patrul Xidməti Departamentinin 36 min nəfər əməkdaşı əldə edib. “Apple” cihazlarının verilməsi yeni texnikaya keçidlə bağlıdır və ötən ildən verilməsi nəzərdə tutulub. O zaman polis departamenti planlı şəkildə “Nokia” telefonlarından “Apple” cihazlarına keçidi elan etmişdi. Polislərin Finlandiya istehsalı olan cihazlardan imtina etməsinə səbəb şirkətin “Windows Phone” əməliyyat sistemini dəstəkləməkdən imtina etməsi olub. 
 

Bu “iPhone”lar ştatın mülkiyyətidir və polisin şəxsi əşyası hesab edilmir. Bu cihazlar polisin iş aləti sayılır. Smartfonlar vasitəsilə polislər həmkarları ilə danışa, istiqamətlərə baxa, qərargahdan gələn məlumatları oxuya biləcəklər. Həmçinin patrullar onlara lazım olduğu halda sosial şəbəkələri izləyə biləcəklər.

Bu modernizasiyaya nə qədər vəsaitin xərcləndiyi barədə məlumat verilmir. Məlumdur ki, “Nokia” şirkəti ilə 2014-cü ildə imzalanmış müqaviləyə Nyu-York polisi smartfonların əldə edilməsinə 160 milyon dollar xərcləyib.

SİZİN REKLAM BURADA