EUR 2.0949 USD 1.7001 RUB 0.03

Yeniliklər

İçində sərnişin olan pilotsuz uçan aparat sınaqdan keçirildi - DÜNYADA İLK - VİDEO

  • 1319 dəfə
  • Tarix 07 Fevral 2018 / 17:44

Çin dünyada ilk dəfə olaraq içində sərnişin olan “Ehang 184” pilotsuz uçan aparatını sınaqdan keçirib. 
 
İKT.lent.az-ın “Regnum” agentliyinə istinadən xəbərinə görə, bu barədə Çin Xalq Respublikası televiziyası məlumat verib. Sınaqların videosu EHANG “Youtube” kanalında dərc edilib.  
 
Sürücüsüz uçan aparat 100 km/saata qədər sürət yığa və havada 25 dəqiqəyə qədər qala bilir. Aparat həmçinin bir sərnişini və ya 100 kiloqrama qədər yükü daşıya bilir. Bununla belə, aparatın maksimal uçuş uzaqlığı 500 metrə qədər təşkil edir. 
 
“Ehang 184”-ün enerji ilə tam doldurulması üçün iki saata yaxın vaxt tələb olunur. Tərtibatçıların sözlərinə görə, onlar artıq 2018-ci ildə dünyanın 80 faiz ölkəsində uçuşlara icazə almaq niyyətindədirlər. Sürücüsüz uçan aparatın təxmin edilən qiyməti 200 mindən 300 min dollara qədər təşkil edir. 

 

 

SİZİN REKLAM BURADA