EUR USD RUB

Redaktorun seçimi

İnternetin yaradıcılarından biri öldü

  • 823 dəfə
  • Tarix 08 Fevral 2018 / 15:06

Müasir internetin yaradıcılarından biri sayılan Con Perri Barlou 70 yaşında vəfat edib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə onun yaratdığı və kiberməkanda hüquqların müdafiəsi ilə məşğul olan “Electronic Frontier Foundation” (EFF) təşkilatının “Facebook” səhifəsində məlumat verilib.

 

“Bu gün internet öz qəhrəmanını itirdi. EFF özünün müdrik yaradıcısı Con Perri Barlounun vəfatının yasını tutur”, - deyə açıqlamada bildirilir.

 

Açıqlamada qeyd olunur ki, əsas internet seqmentləri bu gün Barlou sayəsində mövcuddur və inkişaf edir: “O, ümumdünya internet şəbəkəsini fiziki məsafələrdən asılı olmayaraq, insanların azad ünsiyyət məkanı sayırdı”.

SİZİN REKLAM BURADA