EUR USD RUB

Redaktorun seçimi

Hindistan hökuməti “Google”u cərimələdi

  • 754 dəfə
  • Tarix 09 Fevral 2018 / 12:07

Hindistanın rəqabət üzrə Komissiyası (CCİ) ABŞ-ın “Google” şirkətini 1,36 rupi (21 milyon dollar) məbləğində cərimələyib.

 

İKT.lent.az-ın xəbərinə görə, səbəb şirkətin ümumi online axtarış və reklam xidmətlərinin axtarışı seqmentində dominant mövqeyindən sui-istifadə etməsidir. “Müəyyən olunub ki, “Google” axtarışın təhrif olunması praktikasını tətbiq edib, bu isə həm rəqiblərə, həm də istifadəçilərə zərər vurur”, - deyə komissiyanın açıqlamasında bildirilir.  

 

Məlum olub ki, “Google” Hindistanda axtarış sorğularını öz xidmətlərinə yönləndirirmiş.

 

Xatırladaq ki, ötən il Avropa İttifaqı eyni səbəblə “Google”u 2,42 milyard avro məbləğində cərimələyib.

SİZİN REKLAM BURADA