EUR USD RUB

Yeniliklər

Çinlilər “iPhone X”in tam oxşarını yaratdı 

  • 1096 dəfə
  • Tarix 09 Fevral 2018 / 14:08

Çində “iPhone X” flaqman smartfonlarının bu günə qədər bütün bazarda mövcud olan ən dəqiq oxşarının satışlarına başlanılıb. 

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, yeni “OWWO X” əsl “Apple”i 99 faizdən çox təkrarlayır. Ən kiçik hissəsi isə onun əməliyyat sistemidir ki, onu da təkrarlamaq mümkün deyil. 

Ümumilikdə smartfon 5,7 düym həcmli “Full HD+” displeyi ilə təchiz edilib. Cihazın keyfiyyətli işləməsinə isə 2,5 Ghz tezlikli 10 nüvəlik “MediaTek” prosessoru məsuliyyət daşıyır. 

Bundan başqa, yenilik möhtəşəm 16 meqapiksel gücündə kameraya malikdir. Onun 3180 mA/saat gücündə akkumulyatoru mövcuddur. “OWWO X” smartfonunun qiyməti isə təxminən 380 manat təşkil edir.

SİZİN REKLAM BURADA