EUR USD RUB

Redaktorun seçimi

“Apple AirPods” qulaqcığı partladı

  • 972 dəfə
  • Tarix 09 Fevral 2018 / 15:34

ABŞ-ın Florida ştatının sakini Ceyson Kolona məxsus “Apple AirPods” simsiz qulaqcığı partlayıb.

 

İKT.lent.az-ın “Mashable” portalına istinadən verdiyi xəbərə görə, hadisə C. Kolon fitnes-klubda idmanla məşğul olarkən baş verib. Qəflətən qulaqcıqlardan biri tüstülənməyə başlayıb. C. Kolon qulaqcığı çıxarıb və kömək üçün administratora müraciət edib. O, yerinə qayıtdıqda qulaqcığın partladığını görüb.   

 

Bu, “Apple AirPods”un partlaması ilə bağlı ilk hadisədir. Şirkət araşdırma apararaq hadisənin səbəbini müəyyən etməyə çalışacağını açıqlayıb.

SİZİN REKLAM BURADA