EUR USD RUB

Yeniliklər

“Facebook” şərhlərdən şikayət düyməsini sınaqdan keçirir

  • 985 dəfə
  • Tarix 10 Fevral 2018 / 18:08

“Facebook” sosial şəbəkəsi istifadəçilərə bu və ya digər şərhdən  moderatorlara şikayət etməyə imkan verən "downvote" düyməsini sınaqdan keçirməyə başlayıb.

 

İKT.lent.az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, yeni düymənin sınaqdan keçirilməsini əks etdirən ekran görüntüləri əvvəlcə “Twitter”də peyda olub, daha sonra “Facebook”un nümayəndəsi “The Verge” nəşrinə bu informasiyanı təsdiq edib.
 

Hazırda yeni funksiya ABŞ-dan olan “Facebook” istifadəçiləri arasında sınaqdan keçirilir. "Downvote" düyməsinə sıxdıqda sosial şəbəkə istifadəçi üçün şərhi gizlədir, bundan sonra ondan şərhin təhqir xarakterli, yanlış, yaxud müzakirə edilən mövzu ilə bağlı olub-olmadığını dəqiqləşdirməyi təklif edir. Bu halda şərhlərin altında yeni düymənin köməyi ilə edilmiş şikayətlərin sayı göstərilmir. Şirkətdən bildirilib ki, bu, “dislike” düyməsinin analoqu deyil, əks əlaqə sistemidir.

SİZİN REKLAM BURADA