EUR USD RUB

Yeniliklər

Pornoya baxmaq insanı kor edir - XƏBƏRDARLIQ

  • 1430 dəfə
  • Tarix 12 Fevral 2018 / 13:31

Çinli mütəxəssislər porno saytlara daxil olan şəxsləri gözləyən ciddi təhlükəni müəyyən ediblər. 

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, alimlər öyrəniblər ki, pornoya baxılması görməni zəiflədir, intim videolardan daha çox istifadə etdikdə isə kor olmaq ehtimalı da var. 

Mütəxəssislər bəyan edirlər ki, porno saytlara daxil olmaq və pornoqrafik məzmunlu materiallara baxılması insanın görməsinə mənfi təsir göstərir. Bundan başqa, intim videolara maraq insanın əks cinslə ünsiyyət yaratmasına mane olur. Porno saytlara daxil olarkən viruslar da yayılır ki, onlar da istifadəçilərin kompüterlərinə zərər vururlar. 

Statistikaya əsasən, ən çox zərərverici proqram təminatı intim xarakterli saytlarda mövcuddur. Belə saytlara daxil olarkən istifadəçilər antivurusun xəbərdarlıqlarına daha az diqqət yetirirlər. Alimlər xəbərdarlıq edirlər ki, porno saytlara daxil olan zaman kompüterlərin zərərverici viruslara yoluxması da ən təhlükəli məqam sayıla bilməz. Çünki pornoya baxılması insanın görməsinə olduqca mənfi təsir göstərir və ümumilikdə şüuruna mənfi təsir edir ki, bu da nəticədə ümumilikdə insanın sağlamlığında özünü büruzə verir. 

SİZİN REKLAM BURADA