EUR USD RUB

Yeniliklər

“SpaceX” bu il Aya ilk turistlərini göndərəcək - 45 İLDƏN SONRA İLK

  • 823 dəfə
  • Tarix 12 Fevral 2018 / 15:39

ABŞ-ın özəl “SpaceX” aerokosmik şirkəti bu il kosmosa ilk səyahətçiləri göndərməyə hazırlaşır. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, bildirilir ki, adları açıqlanmayan iki nəfər uğurlu danışıqlar aparıb və uçuş üçün müəyyən ödəniş də ediblər. 

Gözlənilir ki, artıq bu il iki səyahətçi “Dragon 2” kosmik gəmisində kosmosa göndəriləcək. Bu gəmini Yer orbitinə “Falkon 9” raket daşıyıcısı çıxaracaq. Gəminin startı Froridada yerləşən Kanaveral adlanan ərazidə baş tutacaq. 

“SpaceX”-dən isə qeyd ediblər ki, səyahətçilər Ay ətrafında uçuş həyata keçirəcəklər. Bu, insanlar üçün 45 ildən sonra uzaq kosmosa qayıtmaq üçün yaradılan ilk imkandır. 

SİZİN REKLAM BURADA