EUR 2.0949 USD 1.7001 RUB 0.03

Mobil

Hansı ekran ölçüsünə malik smartfonlar daha populyardır?

  • 631 dəfə
  • Tarix 13 Fevral 2018 / 12:20

Tanınmış “DeviceAtlas” analitik agentliyinin mütəxəssisləri xüsusi olaraq tələbatın araşdırması çərçivəsində 2017-ci ilin nəticələrinə görə ən populyar smartfon diaqonalını müəyyən ediblər. 

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, nəticədə o qənaətə gəliblər ki, 5,5 düym həcmli diaqonal ekrana malik smartfonlar dünyada ən tələbatlı smartfonlar kimi qəbul ediliblər. 

Bu reytinqdə ikinci yeri 4 düym ekranlı cihazlar tutublar. İlk üçlüyü isə bu gün üçün ən böyük həcmli ekran sayılan – 5,7 düym displeyli smartfonlar qapayıb. 

Qeyd etmək lazımdır ki, Rusiya bazarında da “iPhone 7 Plus” və ya “iPhone 8 Plus” kimi 5,5 düym həcmli ekrana malik smartfonlara böyük tələbat müşahidə edilir. 

SİZİN REKLAM BURADA