EUR 2.0949 USD 1.7001 RUB 0.03

Redaktorun seçimi

Rusiya ordusuna sosial şəbəkə qadağası

  • 676 dəfə
  • Tarix 13 Fevral 2018 / 13:01

Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Odnoklassniki”, “VKontakte”, “Facebook” və digər sosial şəbəkələrdən istifadə edə bilməyəcək.

 

İKT.lent.az-ın “İzvestiya”ya istinadən verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi hərbçiləri sosial şəbəkələrdən uzaq durmağa, hərbi xidmət, hərbi hissə barədə məlumatları bölüşməməyə və telefonlarında geolokasiyanı söndürməyə çağırıb. Bu, hələlik tövsiyə olsa da, nazirlik qanunvericiliyə müvafiq dəyişiklik hazırlayır.

 

Rusiya MN ötən ilin sonunda hərbi qulluqçular üçün internetdə davranış qaydaları hazırlayıb və hərbi hissələrə göndərib. Qaydalar yaddaş kitabçası və plakat şəklində hazırlanıb. Tövsiyələrdə bildirilir ki, xarici resursların administratorlarının orada yerləşdirilən şəxsi informasiyalara tam çıxış imkanı var, xarici xüsusi xidmət orqanları isə rusiyalı hərbçilərin paylaşımlarını analiz edir. Ona görə də, foto və videoların yerləşdirilməsi, eləcə də hərbçilərin yaxınlarının onların hərbi xidməti barədə informasiyalar yayması məqsədəuyğun deyil.

 

Problemlə əlaqədar “Hərbi mükəlləfiyyət və hərbi xidmət haqqında”, eləcə də “Hərbi qulluqçuların statusu haqqında” qanunlara dəyişiklik ediləcək.    

SİZİN REKLAM BURADA