EUR USD RUB

Yeniliklər

ABŞ Ayda kosmik stansiya inşa edəcək

  • 835 dəfə
  • Tarix 13 Fevral 2018 / 17:01

ABŞ 2022-ci ildə Ayın orbitində kosmik stansiyanın tikintisinə başlayacaq.

 

İKT.lent.az-ın xəbərinə görə, bunu NASA-nın direktoru səlahiyyətlərinin icra edən Robert Laytfut deyib. “Biz uzunmüddətli tədqiqatlar və yaxın qonşumuzun öyrənilməsi məqsədilə Ayın orbitində kosmik infrastrukturun tikintisinə başlayırıq”, - deyə o, kosmik agentliyin büdcə layihəsinin təqdim olunması ilə əlaqədar çıxışında bildirib.

 

R. Laytfut qeyd edib ki, 2020-ci illər amerikalıların Aya qayıdışına, Ayda və aşağı orbitdə tədqiqatlara həsr olunacaq: “Bir sözlə, biz yenidən Aya qayıdış ərəfəsindəyik və baxışlarımızı Marsa çeviririk”.

 

Qeyd edək ki, Ağ Evin Konqresə göndərdiyi 2019-cu il büdcə layihəsində NASA-ya 19,6 milyard dollar ayrılması nəzərdə tutulub. Bu, ötən maliyyə ili ilə müqayisədə 500 milyon dollar çoxdur. 2023-cü ildən gec olmayaraq ABŞ-ın “Orion” kosmik gəmisinin Aya ilk pilot missiyasını həyata keçirməsi nəzərdə tutulub. Gəminin və daşıyıcı raketin hazırlanmasına 3,7 milyard dollar ayrılıb.  

SİZİN REKLAM BURADA