EUR USD RUB

Redaktorun seçimi

“Uber” böyük zərərə məruz qalıb

  • 838 dəfə
  • Tarix 14 Fevral 2018 / 13:19

“Uber Technologies Inc.” şirkəti 2017-ci ilin dördüncü rübünü 1,1 milyard dollar xalis zərərlə başa vurub.

 

İKT.lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən verdiyi xəbərə görə, ümumilikdə 2017-ci ilin yekunlarına əsasən xalis zərər 4,46 milyard dollar, gəlir isə 7,36 milyard dollar təşkil edib.

 

Ötən ili oktyabr-dekabr aylarında gəlir 12% artaraq 2,26 milyard dollar olub. Bu müddətdə bütün sifarişlər (yükdaşımalar və yemək çatdırma xidməti də daxil olmaqla) əvvəlki rübə nisbətən 14% artıb və 11,06 milyard dollara çatıb. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur.  

 

Qeyd edək ki, “Uber” Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan və Belarusdakı biznesini “Yandex”lə birləşdirib.

SİZİN REKLAM BURADA