EUR USD RUB

Yeniliklər

Smartfonlar havadan enerji dolduracaq - İXTİRA

  • 718 dəfə
  • Tarix 19 Fevral 2018 / 11:27

ABŞ-da elmi işçilər telefona hava ilə enerji doldurulmasını öyrəniblər. 
 
İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, konstruktorlar bildirib ki, artıq tez bir zamanda dünya mobil cihazlardan əlavə enerji mənbələri olmadan sonsuzadək istifadə edə biləcək.
 
Yeni icadın əsasında təbii faktordan - havanın temperaturunun artıb-azalmasından elektrik enerjisinin istehsalı dayanır. Müəyyən lazımi materiallardan istifadə edərək tərtibatçılar enerji əldə etməyə nail ola biliblər. 
 
Bu gün bu avadanlıq telefonlar üçün lazımi həcmdə enerji hasil etməyə imkan vermir. Ancaq yaxın zamanlarda texnologiya daha da müasirləşdiriləcək və daha keyfiyyətli materiallar əsas götürüləcək.

SİZİN REKLAM BURADA