EUR USD RUB

Yeniliklər

“Samsung” gözlə idarə olunan yeni dron yaradır

  • 528 dəfə
  • Tarix 20 Fevral 2018 / 12:19

“Samsung” şirkəti yeni dronunu qeydiyyata aldırıb. 
 
İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, cihazın çertyojları və funksiyaları barədə məlumatları “Let’s go digital” saytında nümayiş etdirilib.

 

Veb-saytın məlumatına əsasən, dronu gözlə idarə etmək mümkün olacaq. Onun əsas xüsusiyyəti gözlərin, əllərin və ya başın hərəkətinə reaksiya verməsidir. Bu funksiya ondan ötrü yaradılıb ki, dronu jestlərin köməyi ilə idarə etmək mümkün olsun. Cihaz əllərin, başın və ya gözlərin hərəkətindən asılı olaraq sürətini və uçuş istiqamətini dəyişdirə biləcək. 
 
Əlavə olaraq dron ekranla da təchiz edilib. Dronun eni və tərəflərinin nisbəti barədə məlumat verilmir. Bundan başqa, cihaz sifət tanıma sistemi ilə də təchiz ediləcək. Cənubi Koreya şirkəti onu ayrıca texnologiya kimi qeydiyyatdan keçirib. 

SİZİN REKLAM BURADA