EUR USD RUB

Yeniliklər

Dubayda 3D texnologiyası ilə villalar tikiləcək

  • 944 dəfə
  • Tarix 20 Fevral 2018 / 16:42

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 3D çap texnologiyası vasitəsilə ilk villalar yaradılacaq.

 

İKT.lent.az-ın “Arabian Business”ə istinadən verdiyi xəbərə görə, villalar 2 ay ərzində hazır olmalıdır. Şəhər rəhbərliyindən bildiriblər ki, artıq bütün lazımi alətlər və avadanlıqlar Dubaya gətirilib. Layihənin digər detalları açıqlanmır.  

 

Qeyd edək ki, 2030-cu ilə qədər Dubay şəhərindəki binaların 25%-nin 3D vasitəsilə “çap olunması” nəzərdə tutulub. Bu, həm tikinti xərclərini, həm də tikintiyə sərf olunan vaxtı azaldacaq.

 

Ötən ilin fevralında Dubaydakı startaplardan biri 3D texnologiyasının köməyi ilə dünyanın ilk göydələnini inşa edəcəklərini bildirib.

SİZİN REKLAM BURADA