EUR USD RUB

Yeniliklər

“Apple”dan kobalt həmləsi - QIZILDAN QİYMƏTLİ

  • 788 dəfə
  • Tarix 21 Fevral 2018 / 16:12

“Apple” korporasiyası ilk dəfə olaraq kobaltı bilavasitə hasilatla məşğul olan şirkətlərdən almaq barədə danışıqlara başlayıb.  

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, “Apple” bu metaldan bir neçə yüz min ton almaq fikrindədir. Birbaşa tədarük kobalta tələbatın artması fonunda bu metalla fasiləsiz təminata imkan verəcək.

 

Kobalt smartfonların batareyalarının hazırlanmasından istifadə olunur. Dünyada hasil olunan kobaltın dörddə biri smartfon istehsalına gedir.  

 

Son ilyarımda elektromobil istehsalçılarının da kobalt uğrunda mübarizəyə qoşulmasından sonra bazarda təklifin tələbi ödəyə bilməyəcəyi qorxusu ilə qiymətlər 3 dəfə artıb. Əgər 1 smartfon batareyası üçün cəmi 8 qram kobalt lazımdırsa, bir elektromobil üçün 1 kq kobalta ehtiyac var.  

 

Dünyada əsas kobalt hasilatçısı Konqo Demokratik Respublikasıdır. Dünya üzrə kobalt hasilatının 60%-i bu ölkənin payına düşür. Bir neçə il əvvəl “Apple” KDR ilə anlaşma əldə etməyə çalışıb, lakin Afrika mədənlərində uşaq əməyindən istifadə olunduğu barədə xəbərlərdən sonra bu niyyətindən vaz keçib. 

SİZİN REKLAM BURADA