EUR USD RUB

Mobil

Uşaqlar üçün smartfon yaradıldı - “PhoneKіd”

  • 846 dəfə
  • Tarix 05 Mart 2018 / 14:11

İspaniyanın “Eѕsudo Web” şirkəti hər il Barselonada keçirilən MWC sərgisində uşaqlar üçün “PhoneKіd” telefonunu təqdim edib. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, bu, ən kiçik yaş kateqoriyalı istifadəçilər üçün nəzərdə tutulmuş mobil telefondur. 

İlk növbədə, o, uşaqlarına nəzarət etmək istəyən valideynlər üçün yaradılıb. “PhoneKіd” – “Android” əməliyyat sistemində yaradılmış adi telefondur, ancaq onun buludu bir azca dəyişdirilib. Onun vasitəsilə valideynlər cihazdan kənarda övladlarına nəzarət edə və kontentini idarə edə biləcəklər. 

Hazırda “Eѕsudo Web” şirkəti “PhoneKіd” istehsalına başlaması üçün tərəfdaşlar axtarır. Tərtibatçılar smartfonu bu ilin sonuna istehsal etməyi planlaşdırırlar. Cihazın qiyməti 150 avro təşkil edəcək.

SİZİN REKLAM BURADA