EUR USD RUB

Yeniliklər

“Azərkosmos” yanvarda 423 min dollar gəlir əldə edib

  • 803 dəfə
  • Tarix 05 Mart 2018 / 13:45

2018-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib.

 

"APA-Economics"ə verilən məlumata görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin fevral ayı üçün sayında qeyd olunub ki, bu ilin ilk ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərininin (Azerspace-1) ixracından 423 min ABŞ dolları məbləğində gəlir əldə edilib.

 

“Azərkosmos” ASC-nin 2018-ci ilin yanvar ayında xidmət ixracı əsasən BƏƏ, Almaniya, Misir, Gürcüstan, Çin, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digər ölkələrə olub.

SİZİN REKLAM BURADA