EUR USD RUB

Yeniliklər

“Microsoft” korlar üçün naviqator hazırladı

  • 665 dəfə
  • Tarix 05 Mart 2018 / 15:24

ABŞ-ın “Microsoft” şirkəti telefonlar üçün “Soundscape” adlanan yeni əlavə yaradıb. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, bu əlavə gözdən əlil insanlara şəhərdə sərbəst olaraq hərəkət etməyə kömək edəcək. 

Yeni əlavə qulaqcıqla birgə işləyir və onun köməyi ilə istifadəçi ətrafda olan obyektlər barədə səsli bildirişləri eşidir. Artıq korlar ağ çubuqdan və ya onları müşayiət edən itlərdən texnoloji analoqun xeyrinə imtina edə biləcəklər. 

Proqramda bir sıra rejimlər nəzərdə tutulub. İstifadəçi konkret hədəf qura biləcək. Misal üçün, yeriyən zaman onlara küçələrin adları, küçə kəsişmələri və ya lazımi döngələr haqqında məlumatlar veriləcək. 

Hazırda “Soundscape” əlavəsi təkcə iOS cihazlarda aktivdir.

SİZİN REKLAM BURADA