EUR USD RUB

Mobil

“Vivo” qeyri-adi kameraya malik smartfon təqdim etdi - VİDEO

  • 863 dəfə
  • Tarix 06 Mart 2018 / 13:17

Çinin “Vivo” şirkəti qeyri-adi, çərçivəsiz smartfon təqdim edib.

 

İKT.lent.az-ın “Ferra” saytına istinadən verdiyi xəbərə görə, “Apex” smartfonunu digərlərindən fərqləndirən əsas xüsusiyyət ön kameranın çıxıntılı olmasıdır.  

 

Smartfon cihazın ön panelinin 91%-ni tutan 5,99 düym OLED displeyə malikdir. “Qualcomm Snapdragon 845” top-prosessoru ilə təchiz edilib. Dinamik və mikrofon, eləcə də “Half-Screen In-Display Fingerprint Scanning” texnologiyasını dəstəkləyən barmaq izi datçiki ekranın aşağısındadır.

 

Çıxıntılı kamera cihazın yuxarı hissəsində yerləşir. 8 meqapiksellik bu kamera 1 saniyədən az müddətdə irəli çıxır, çəkilişdən sonra isə yerinə qayıdır. Bu cür yanaşma “Apex” yaradıcılarına ön paneldə yerə qənaət etməyə və ekranın sahəsini böyütməyə imkan verib.

 

Xatırladaq ki, “Vivo Apex” ilk dəfə ötən həftə Barselonada keçirilən MWC sərgisində nümayiş etdirilib.

 

 

SİZİN REKLAM BURADA