EUR USD RUB

Yeniliklər

“Volkswagen” gələcəyin avtomobilini göstərdi - RUL və PEDAL OLMAYACAQ

  • 1144 dəfə
  • Tarix 06 Mart 2018 / 14:56

“Volkswagen” şirkəti Cenevrədə keçirilən avtosalonda özünün “I.D. Vizzion” konseptini nümayiş etdirib.  

 

İKT.lent.az-ın The Verge” saytına istinadən verdiyi xəbərə görə, avtomobilin əsas fərqli özəlliyi onun rulsuz və pedalsız olmasıdır. Premyeranın məqsədi 2030-cu illərin sedanını təqdim etmək olub.  

 

Avtomobil müstəqil hərəkət edəcək. O, çoxsaylı kamera, lazer və radarlarla yönləndirilən avtopilota malik olacaq. “Vizzion” yol trafiki barədə internetdən və digər avtomobillərdən özü məlumat toplayacaq.

 

Salon minimalist stildə hazırlanıb.

 

Avtomobili 201 və 101 at gücündə olan 2 elektrik mühərriki hərəkətə gətirəcək. Batareyanın tutumu 111 kVt/saatdır. Bir dəfə doldurulmaqla 562 km məsafəyə getmək mümkün olacaq.   

SİZİN REKLAM BURADA