EUR 1.981 USD 1.7 RUB 0.0269

Yeniliklər

“Apple” səs keçirməyən qulaqcıqlar yaradır

  • 754 dəfə
  • Tarix 06 Mart 2018 / 15:33

ABŞ-ın “Apple” şirkəti səs keçirməyən qulaqcıqların istehsalına başlamağı planlaşdırır. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, bildirilir ki, hazırda “Apple” şirkəti naqilsiz səs keçirməyən “AirPods” qulaqcıqlarının tərtibatı ilə məşğuldur.

 

Kupertinyolular bu qulaqcıqları geniş imkanlarla təmin etməyə hazırlaşırlar. Ancaq “Apple” cihazın yaradılması ilə bağlı müəyyən problemlər yaşayır. 

Gözlənilir ki, bu qulaqcıqları cari ilin sonunda piştaxtalarda görmək mümkün olacaq. 

SİZİN REKLAM BURADA