EUR 1.981 USD 1.7 RUB 0.0269

Yeniliklər

İlon Maskın kosmosdakı avtomobilinin şəklini çəkən astronom mükafat aldı

  • 965 dəfə
  • Tarix 06 Mart 2018 / 16:22

Həvəskar astronom Martin Maşkov Çexiya Astronomiya Cəmiyyətinin mükafatına layiq görülüb. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, onun bu mükafatı almasına səbəb bu ilin fevral ayında çəkdiyi ən yaxşı kosmik foto olub. Astronom İlon Maskın kosmosdakı avtomobilini çəkdiyi üçün mükafat əldə edib. 

Çexiya Astronomiya Cəmiyyətinin sədr müavini Pavel Suxanın sözlərinə görə, bu mükafat Maşkova Cəmiyyət üzvlərinin yekdil qərarı ilə verilib.

Qeyd edək ki, fevralın 10-da həvəskar astronom Yerdən aralanan “Tesla Roadster” avtomobilinin şəklini çəkmək imkanı əldə edib. Bu avtomobil ABŞ-ın “SpaceX” şirkətinin sahibi İlon Maska məxsusdur. 

SİZİN REKLAM BURADA