EUR USD RUB

Yeniliklər

2019-cu ildə Ayda 4G şəbəkəsi qurulacaq

  • 927 dəfə
  • Tarix 07 Mart 2018 / 14:30

"Vodafone" və "Nokia" şirkətləri 2019-cu ildə Ayda 4G mobil şəbəkəsini qurmaq niyyətindədir.

 

İKT.lent.az-ın Hightech.fm-ə istinadən xəbərinə görə, bu məqsədlə Yerin peykinə "çəkisi şəkər qutusundan az" xüsusi avadanlıq göndəriləcək.

 

Məhz bu qurğu vasitəsilə yüksək dəqiqlikli məlumat axını Ayın landşaftından Yerə ötürüləcək. Şəbəkə ilə göndərilən videolar və digər məlumatlar missiyanın Berlindəki idarəetmə mərkəzinə Ayda gəzən iki "Audi" aparatını idarə etməyə imkan verəcək.

 

"Nokia"nın texniki direktoru Markus Ueldon bildirib ki, bu missiya kosmosun öyrənilməsi üçün böyük əhəmiyyət daşıyır. Çünki gələcək uçuşlar zamanı qurğu ekstremal şəraitdə çalışacaq və bəşəriyyət kosmosdan məlumatların ötürülməsinə öyrəşməlidir.

SİZİN REKLAM BURADA