EUR USD RUB

Yeniliklər

“Tesla”nın sürücüsüz yük maşını ilk səfərini etdi - FOTOSESSİYA

  • 743 dəfə
  • Tarix 09 Mart 2018 / 10:29

“Tesla” şirkəti ilk dəfə olaraq öz istehsalı olan pilotsuz yük avtomobili vasitəsilə yüklərin daşınmasını həyata keçirib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə şirkətin yaradıcısı İlon Mask öz “Twitter” səhifəsində məlumat verib.

 

“Tesla Semi” elektrik mühərrikli yük avtomobilinin ilk yükü Nevada ştatında yerləşən “Tesla Gigafactory 1” müəssisəsində hazırlanmış akkumulyatorlar olub. Bu müəssisədə “Tesla”nın müxtəlif avtomobilləri, o cümlədən “Model 3” üçün üçün batareyalar istehsal edilir. Yük “Tesla”nın Kaliforniya ştatının Fremont şəhərində yerləşən müəssisəsinə çatdırılıb. “Gigafactory 1”dən Fremonta təxminən 425 km məsafə - 4,5 saatlıq yol var.

 

“Tesla Semi” yük avtomobillərinin seriya buraxılışı 2019-cu ildə başlayacaq. Sifarişçilərə ilk avtomobillər 2020-ci ildən çatdırılacaq. Avtomobil “Tesla Autopilot” sistemi ilə təchiz edilib. Bu, avtomobilləri yarımavtomatik rejimdə idarə etməyə imkan verir. 2017-ci ildə “PepsiCo“ 100 ədəd “Tesla Semi” sifariş verib. Bu, ilk böyük sifarişdir. Ümumilikdə indiyədək 285 sifariş daxil olub.

 

Noyabr ayında “Tesla” yeni yük maşınlarının ilkin qiymətlərini açıqlayıb. Bir dəfə doldurulmaqla 482 km məsafə qət edən versiyanın qiyməti 150 min dollar, 805 km məsafəyə gedən versiyanın qiyməti isə 180 min dollardır.

SİZİN REKLAM BURADA