EUR USD RUB

Proqramlar

“Facebook” “Messenger Lite”a videoçat əlavə etdi

  • 1000 dəfə
  • Tarix 09 Mart 2018 / 16:40

“Facebook” “Messenger Lite” əlavəsini yeniləyib. 

İKT.lent.az-ın Veby.ru saytına istinadən məlumatına görə, yenilənmə ilə birgə proqrama videoçat əlavə edilib. 

Proqramın yaradıcılarının məlumatına əsasən, yenilənmə messenceri daha da funksional edəcək.  

“Messenger Lite”in konsepsiyası onun sadəliyindədir. Bu messencer heç bir əlavə funksiyaya malik deyil. Onun köməyi ilə hətta aşağı sürətli internet birləşməsi sayəsində rahat və tez bir müddətdə məlumat mübadiləsi aparmaq mümkün olacaq. 

Messencer istifadəçiləri güman edirlər ki, messencerə videoçatın əlavə edilməsi son yenilənmə olmalıdır və bununla da yenilənmə dayanmalıdır. 

SİZİN REKLAM BURADA